Səbail, Yasamal və Nəsimi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Səbail, Yasamal və Nəsimi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 15 mart 2013 13:41 (UTC +04:00)

Bakı - APA-Economics. Martın 17-də Səbail, Yasamal və Nəsimi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

«Azəriqaz» İB-dən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, 17 mart 2013-cü il tarixdə saat 11:00-dan etibarən “Mədən” Qazpaylayıcı Stansiyasından qidalanan “Bakqaz” qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Səbail, Yasamal və Nəsimi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR