Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun təqdimatı keçirilib - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 27 oktyabr 2014 12:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun (İBİ) təqdimatı keçirilib.

ADİU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov iştirak ediblər.

Qonaqlar öncə İnnovativ Biznes-İnkubatorunun ofisi ilə tanış olublar.

“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində yaradılmış İBİ-nin əsas məqsədi tələbə və gəncləri biznesə cəlb etmək, tələbə sahibkarlığını inkişaf etdirməkdir. Həmçinin İBİ çərçivəsində ADİU-nun professor-müəllim heyətinin sosial təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Onlar innovativ biznes yönümlü metodiki vəsaitlərin yazılması, təlim və master-klasların keçirilməsi, mentorluq, konsaltinq, biznes planların, keyslərin hazırlanması və bu kimi digər məsələlərə cəlb ediləcəklər. İnkubatorun əsas funksiyaları startap layihələrlə müraciət edənlərə öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi çərçivəsində kömək etməkdir.

Təhsil naziri M. Cabbarov Azərbaycan Dövlət İqtisad Universitetində İnnovativ Biznes-İnkubatorunun yaradılmasının digər müvafiq layihələrin həyata keçirilməsinə yaxşı bir örnək olacağını qeyd edib. Tələbələr asudə vaxtlarından qazanc əldə etmək məqsədilə daha səmərəli istifadə edə biləcəklər. Tələbələrin işəgötürənlərlə əlaqələrinin əsası qoyulacaq, tərəfdaşlıq münasibətləri təşəkkül tapacaq və onlar birgə əməkdaşlıq təcrübəsi qazanacaqlar.

Gənclər və idman naziri A. Rəhimov isə İnnovativ Biznes-İnkubatorunu həm gənclərin məşğulluğunun təmin olunması, həm də onların ilkin sahibkarlıq fəaliyyətinə başlaması üçün gərəkli olduğunu nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR