Bank Of Baku

Avropada təbii qaz illik müqayisədə 35% bahalaşıb

Avropada təbii qaz illik müqayisədə 35% bahalaşıb
# 08 iyun 2026 13:09 (UTC +04:00)

Bu ilin aprel ayında Avropada TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə təbii qazın orta nağd bazar (spot – red.) qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 15,57 ABŞ dolları səviyyəsində olub.

Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.

Belə ki, apreldə TTF satış mərkəzi üzrə qazın orta qiyməti aylıq müqayisədə 13% azalıb, illik müqayisədə isə 35% artıb.

Hesabatda bildirilir ki, aprel ayında NBP qaz satış qovşağında (Böyük Britaniyanın əsas virtual qaz ticarət məntəqəsidir və Avropada təbii qazın spot bazarı üzrə ən nüfuzlu mərkəzlərdən biri hesab olunur – red.) qazın orta spot qiyməti 15,15 dollar təşkil edib, bu da aylıq müqayisədə 14% azalma, illik müqayisədə isə 35% artım deməkdir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR