Hüquq müdafiəçisi saxlanma yerlərində monitorinq keçirib

Hüquq müdafiəçisi saxlanma yerlərində monitorinq keçirib
# 19 fevral 2013 12:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Elçin Şirinov Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin və Abşeron Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər. Bu barədə APA-ya E. Behbudov məlumat verib.

E. Behbudov DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılanın olmadığını bildirib: “Abşeron Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində isə 4 nəfər təqsirləndirilən şəxs saxlanılırdı. Hər hansı şikayətləri olmadı”.

E. Behbudov həmçinin Müdafiə Nazirliyinin (MN) Mərkəzi Hərbi Haupvaxtında da monitorinq keçirdiklərini bildirib: “Orada üç sutkadan on sutkaya qədər saxlamağa icazə verilir. Həm zabitlər, həm çavuşlar, həm də əsgərlər saxlanıla bilərlər. Monitorinq zamanı orada olan saxlanılanlar hər hansı şikayət etmədilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR