Füzulidə avtomobil yanıb

Füzulidə avtomobil yanıb
# 26 oktyabr 2015 19:30 (UTC +04:00)

Bakı-APA. Füzulidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Füzuli rayonu, Horadiz qəsəbəsində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın saat 21:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR