“Qəbələ” rəhbərliyi baş məşqçi Ramiz Məmmədovu istefaya göndərib

“Qəbələ” rəhbərliyi baş məşqçi Ramiz Məmmədovu istefaya göndərib
# 02 aprel 2013 12:33 (UTC +04:00)

“Qəbələ” futbol klubunun rəhbərliyi baş məşqçi Ramiz Məmmədovu istefaya göndərib. Bu barədə apasport.az saytına komandadan məlumat verilib.


İstefaya səbəb komandanın ölkə kubokunda mübarizəni erkən dayandırması və son vaxtlar Topaz Premyer Liqada zəif çıxış etməsidir. Klub rəhbərliyi Məmmədovdan başqa, onun köməkçilərini də istefaya göndərib. Belə ki, Badri Kvaratsxeliya, Mehman Baxışov, Kənan Kərimov və Sənan Qurbanovla da yollar ayrılıb.

Məmmədovun yerinə isə komandaya müvəqqəti olaraq “Qəbələ”nin əvəzedici heyətinin baş məşqçisi ispaniyalı Luis Araqon gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR