Məmurun qətlində təqsirləndirilən həyat yoldaşının məhkəməsi davam etdirilib

Məmurun qətlində təqsirləndirilən həyat yoldaşının məhkəməsi davam etdirilib
# 31 may 2016 15:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xalidə İsgəndərovanın qızı Bülbül İsgəndərova ifadə verib. O, atasını kimin öldürdüyünü bilmədiyini, günahkarın cəzalandırılmasını istədiyini deyib.

Məhkəmə prosesi iyunun 9-da davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yanında qətlə yetirilib.Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR