ABŞ səfirliyi: Azərbaycanda hərbi xidmətdə qeyri-döyüş şəraitində ölümlərin azalmasını alqışlayırıq

ABŞ səfirliyi: Azərbaycanda hərbi xidmətdə qeyri-döyüş şəraitində ölümlərin azalmasını alqışlayırıq
# 18 avqust 2015 09:28 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Biz Azərbaycanda hərbi xidmətdə qeyri-döyüş şəraitində ölümlərin azalmasını alqışlayırıq”.

APA-nın məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində qeyd olunub. Səfirlik KİV-də bu barədə gedən məlumatlarla bağlı bu açıqlamanı yayıb.

Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçi Elçin Behbudov və müavini Elçin Şirinov müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşü zamanı komitə tərəfindən aparılan monitorinqin nəticələri barədə müdafiə nazirinə məlumat verib və qeyd edib ki, Silahlı Qüvvələrdə qeyri-döyüş şəraitindəki itkilər ötən illərlə müqayisədə xeyli azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR