Azərbaycan Dövlət Neft Şirkəti neft hasilatının artırılması ilə bağlı xüsusi proqram hazırlayır

Azərbaycan Dövlət Neft Şirkəti neft hasilatının artırılması ilə bağlı xüsusi proqram hazırlayır
# 13 mart 2013 12:44 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bəyan edib.

R.Abdullayev bildirib ki, bu layihənin həyata keçirilməsi nəticəsində ARDNŞ-in neft yataqlarında hasilatı ildə 1-2 mln. ton artırmaq mümkün olacaq. Hasilatın artırılması üzrə işlər ARDNŞ-in köhnə dəniz yataqlarında, o cümlədən «Neft Daşları», «28 May», «Nərimanov» və «Abşeron» dəniz sahələrində aparılacaq. Hasilatın artımına yeni texnologiyaların tətbiqi ilə nail olunacaq.

R.Abdullayev bəyan edib ki, ARDNŞ tərəfindən bu həftənin əvvəlində baş verən avrobondların yerləşdirilməsindən daxil olan vəsaitləri əvvəlki kreditlərin qaytarılması ilə yanaşı neftin hasilatının artırılması üçün istifadə ediləcək.

Xatırladaq ki, martın 11-də Azərbaycan Dövlət Neft Şirkəti CEEMEA bazarında 10 illik tədavül müddəti olan 1 mlrd. dollar həcmində avrobond emissiyasını yerləşdirib. Bu, şirkətin investisya bazasını möhkəmlədəcək ikinci beynəlxalq əməliyyatıdır. ARDNŞ-in ilk avrobond buraxılışı 2012-ci ilin fevralında həyata keçirilib. O zaman 500 mln. dollar məbləğində avrobond yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR