Təbriz və Qəzza şəhərləri qardaşlaşıb

Təbriz və Qəzza şəhərləri qardaşlaşıb
# 14 aprel 2013 18:19 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhəri ilə Fələstinin Qəzza şəhəri qardaşlaşıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı aprelin 13-də iki şəhərin bələdiyyə sədrləri arasında protokol imzalanıb.

Təbriz Şəhər Bələdiyyəsinin rəhbəri Əlirza Novin bildirib ki, 3500 illik keçmişi olan Təbriz bu gün dünyanın bir çox ölkəsində tanınan şəhərdir: “Təbriz Qəzza ilə yanaşı, Bakı, İstanbul, Kazan və Hamburq şəhərləri ilə də qardaşlaşıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR