Səfir: “Türkmənistan Avrasiya İttifaqına üzv olmayacaq”

Səfir: “Türkmənistan Avrasiya İttifaqına üzv olmayacaq”
# 14 iyul 2014 08:51 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Türkmənistanın Rusiyadakı səfiri Berdımurat Rəcəbov bəyan edib.

Diplomatın sözlərinə görə, səfirlərlə görüşü zamanı Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Aşqabad-Moskva tərəfdaşlığının strateji əhəmiyyətini önə çəkib.

“Siyasi nöqteyi-nəzərdən Türkmənistanla Rusiya bir-birinə BMT, ATƏT, MDB və digər beynəlxalq təşkilatlarda dəstək verir. Bizim həmçinin Xəzər məsələsi ilə bağlı baxışlarımız eynidir”, - deyə o vurğulayıb.

Avrasiya İttifaqına gəldikdə isə B.Rəcəbov qeyd edib ki, Aşqabad xarici siyasətdə əvvəlki kimi ikitərəfli münasibətlərin inkişafına üstünlük verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR