Azərbaycan XİN silah-sursat alınması məqsədilə Rusiyanın Ermənistana 200 milyon dollar güzəştli kredit ayırmasına münasibət bildirib

Azərbaycan XİN silah-sursat alınması məqsədilə Rusiyanın Ermənistana 200 milyon dollar güzəştli kredit ayırmasına münasibət bildirib
# 06 iyul 2015 15:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, bu qəbildən olan silah-sursat Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşdirilməməlidir”.

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev silah-sursat alınması və hərbi modernizasiya ilə bağlı Rusiya tərəfindən Ermənistana 200 milyon dollar məbləğində güzəştli kredit ayrılmasına münasibət bildirərkən deyib.

H. Hacıyevin sözlərinə görə, hazırda bu məsələ Azərbaycan tərəfindən araşdırılır.

İşğal olunmuş ərazilərdə beynəlxalq hüquqa zidd olaraq, bu kimi silah-sursatın yerləşdirilməsi münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərər yetirə bilər”, - deyə XİN sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR