Rusiyanın Zabaykalye vilayətinin sakini üç nəfəri baltalayıb

Rusiyanın Zabaykalye vilayətinin sakini üç nəfəri baltalayıb
# 11 iyun 2016 10:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Zabaykalye vilayətinin sakini üç nəfəri balta ilə qətlə yetirməkdə təqsirli bilinir.

APA-nın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsinin saytında məlumat yerləşdirilib.

Hadisə ötən gün Nerçinsko-Zavodski rayonunun Qornıy Zerentuy kəndində baş verib.

İstintaqın versiyasına əsasən, yerli sakin yemək stolu arxasında mübahisədən sonra bir kişi və iki qadını çoxsaylı balta zərbəsi öldürüb.

Faktla bağlı “İki və daha çox şəxsin qətlə yetirilməsi” maddəsi ilə cinayət işi başlanılıb.

Şübhəli şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR