Təhsil Nazirliyi TQDK-nın dərsliklərlə bağlı verdiyi rəyin cavablandırılacağı tarixi açıqlayıb

Təhsil Nazirliyi TQDK-nın dərsliklərlə bağlı verdiyi rəyin cavablandırılacağı tarixi açıqlayıb
# 13 mart 2013 12:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) III və IV sinif dərsliklərinin monitorinqinin nəticələri ilə bağlı verdiyi rəyin n cavablandırılacağı tarixi açıqlayıb. Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı APA-ya açıqlamasında deyib ki, nazirlik tərəfindən III sinif dərslikləri üzrə hazırlanan cavab rəyi sabah komissiyaya göndəriləcək. Onun sözlərinə görə, hazırda yalnız bəzi xarici dil dərslikləri üzrə ekspertlərin rəyi hazırlanır: “Onlar da tam hazır olduqdan sonra sabah Təhsil Nazirliyi rəyi TQDK-ya göndərəcək. IV sinif dərslikləri ilə bağlı rəy isə Novruz bayramından sonra hazırlanaraq TQDK-ya təqdim olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR