Argentina Böyük Britaniyanın neft şirkətlərini məhkəməyə verib

Argentina Böyük Britaniyanın neft şirkətlərini məhkəməyə verib
# 18 aprel 2015 01:29 (UTC +04:00)

APA-nın BBC-yə istinadən məlumatına görə, Argentinanın Folklend (Malvin) adaları məsələləri üzrə naziri hasilatın adalara olduqca yaxın aparıldığını bildirib.

Böyük Britaniyanın xarici işlər idarəsi cavab olaraq bəyan edib ki, yerli sakinlər təbii resurslardan istifadə etmək hüququna malikdirlər.

Xatırladaq ki, aprelin əvvəlində Böyük Britaniyanın neft şirkətləri Folklend adaları yaxınlığında yeni neft yataqlarının aşkarlandığını bəyan etmişdilər. Argentina hökuməti isə akvatoriya sahələrinin ölkəyə məxsus olduğunu bildirərək dənizdə hasilatın aparılmasını qeyri-qanuni adlandırmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR