Türkiyə Yəmən münaqişəsinin tərəflərini dialoqa çağırıb - FOTO

Türkiyə Yəmən münaqişəsinin tərəflərini dialoqa çağırıb  - <span style="color: red;">FOTO
# 15 aprel 2015 11:00 (UTC +04:00)

Bakı, Ülkər Bəkirli- APA. “Türkiyə Yəmən münaqişəsinin nizamlanması yolunda göstərdiyi səyləri davam etdirmək niyyətindədir”. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Türkiyə parlamentinin sədri Cəmil Çiçək Moskvada keçirdiyi mətbuat konfransında deyib.

C. Çiçək bildirib ki, Türkiyə Yəmən münaqişəsi ilə bağlı Ər-Riyad və ya İstanbulda tərəflərin görüşməsini təklif edir: “Aydındır ki, husilər işğal olunmuş əraziləri azad etməli və öz qoşunlarını geri çəkməlidir. Münaqişənin həlli üçün Türkiyə bütün tərəfləri qəbul etməyə hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR