Rusiya hərbi təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində Hələbdə 15 dinc sakin ölüb

Rusiya hərbi təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində Hələbdə 15 dinc sakin ölüb
# 04 noyabr 2015 02:51 (UTC +04:00)

Bakı-APA. Rusiyaya məxsus hərbi təyyarələrin endirdiyi hava zərbəsi nəticəsində Suriyada 15 dinc sakin ölüb, onlarla insan yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Hələb şəhərində qeydə alınıb.

Məlumata əsasən, hədəfdə müxalifət qüvvələrinin nəzarəti altında olan Bustan əl-Kasr və Ənsari məhəllələri olub.

Yaralıların səhra hospitallarına, dinc sakinlərin isə təhlükəsiz ərazilərə köçürüldüyü bildirilir. Hava zərbəsi nəticəsində əraziyə ciddi ziyan dəyib, bir çox inzibati binalar və fərdi evlər dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR