Bakıda 45 yaşlı kişi intihar edib

Bakıda 45 yaşlı kişi intihar edib
# 02 iyul 2015 14:36 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda intihar hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 3, ev 15 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Firuz Balahüseyn oğlu Dadaşov özünü qaz borusundan asaraq, öldürüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR