Bakıda 31 yaşlı oğlan bıçaqlanaraq öldürülüb

Bakıda 31 yaşlı oğlan bıçaqlanaraq öldürülüb
# 14 fevral 2013 07:32 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda qətl hadisəsi olub. Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakı-Astara yolunun 14-cü kilometrliyində “Dəniz” kafesinin qarşısında qeydə alınıb. Hadisə nəticəsində 1982-ci il təvəllüdlü Qaradağ rayon sakini Şaiq Əsgərxan oğlu Rəhimov naməlum şəxslər tərəfindən bıçaqlanıb. Bıçaq xəsarətləri alan Ş. Rəhimov xəstəxanada ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR