AMEA-nın illik ümumi yığıncağının gündəliyi açıqlanıb

AMEA-nın illik ümumi yığıncağının gündəliyi açıqlanıb
# 04 aprel 2015 08:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Aprelin 29-da AMEA Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik Ümumi yığıncağı keçiriləcək.

AMEA-dan APA-ya verilən xəbərə görə, tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq, AMEA-nın vitse-prezidenti vəzifəsinə və bir sıra bölmələrinin akademik-katibi vəzifəsinə seçkilər keçiriləcək. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir.

Ümumi yığıncaqda, həmçinin akademiyanın müvafiq elmi bölmələrinin sərgi eksponatları nümayiş etdiriləcək.

Tədbirdə AMEA-nın institut və təşkilatlarından olan alim və mütəxəssislərlə yanaşı, dövlət və ictimai təşkilatlarının nümayəndələri, müvafiq nazirlik, elmi müəssisə və ali məktəblərin rəhbərləri də iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR