Elman Mehdiyev Yevlaxda vətəndaşları qəbul edəcək

Elman Mehdiyev Yevlaxda vətəndaşları qəbul edəcək
# 08 may 2015 07:31 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Yevlax şəhər şöbəsinin inzibati binasında məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, mayın 15-i, saat 11:00-da təşkil olunacaq qəbulda Yevlax, Mingəçevir, Naftalan, Goranboy, Bərdə, Tərtər, Ağdam və Xocalıdan olan vətəndaşların qəbulu keçiriləcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Yevlax şəhər şöbəsində (02233) 6-29-77

Mingəçevir şəhər şöbəsində (02427) 5-46-59

Naftalan şəhər şöbəsində (02235) 2-25-53

Goranboy rayon şöbəsində (02224) 5-13-00

Bərdə rayon şöbəsində (02020) 5-19-09

Tərtər rayon şöbəsində (02223) 6-34-64

Ağdam rayon şöbəsində (02632) 5-02-52

Xocalı rayon şöbəsində (02224) 7-44-14

Qəbulda iştirak edəcək vətəndaşların mayın 15-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR