"Bank Respublika" manat və dollar əmanətləri üzrə faiz dərəcələrini artırıb - FOTO

"Bank Respublika" manat və dollar əmanətləri üzrə faiz dərəcələrini artırıb - <span style="color: red;">FOTO
# 27 fevral 2015 12:24 (UTC +04:00)

Bankdan "APA-Economics"ə verilən məlumata görə, yeni qaydalar 6 aydan 3 ilədək qoyulan bütün depozit növlərinə şamil olunur.

İndi milli valyuta üzrə fiziki və hüquqi şəxslərin əmanətlərinin maksimal faiz dərəcəsi faizlərin aylıq çıxarıldığı təqdirdə illik 12%, dollarda olan əmanətlər isə illik 9% (hüquqi şəxslərə 8%) təşkil edir. Faiz gəlirləri müddətin sonunda çıxarıldığı halda faiz dərəcəsi illik 12,5% və müvafiq olaraq 9,5 (hüqusi şəxslərə 8,5%) təşkil edəcək.

Beləliklə, bank həm əhalinin həm hüquqi şəxslərin əmanətlərin gəlirliyini illik 3,5% artırıb. Bununla yanaşı, 36 ay müddətinə qoyulan əhalinin əmanətlərinə 13,9% və müvafiq olaraq 24 ay müddətli hüquqi şəxslərin əmanətlərinə 13,5% illik faiz dərəcəsi təyin edib.

Depozit hesabını bankın istənilən filial və şöbəsində açdırmaq mümkündür. Yeni faiz dərəcələri bankın təmsil olunduğu bütün bölgələrinə aiddir.

Faiz dərəcələrinin artırılması və bankın yüksək etibarlığı vəhdəti müştərilərin daha çox gəlir əldə etmələrinə imkan yaradır.

Əmanətlər haqqında daha ətraflı məlumatı bankın rəsmi internet səhifəsində və 144 nömrəsinə zəng etməklə əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR