Ermənistanın XİN rəhbəri Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

 Ermənistanın XİN rəhbəri Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək
# 02 iyun 2016 00:30 (UTC +04:00)

Bakı-APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcək.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan məlumat verib.

Onun sözlərinə görə, görüş iyunun 2-də Parisdə baş tutacaq.

Bildirilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin bərpası ilə bağlı məsələlər müzakirə edəcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR