İŞİD 5 liviyalı jurnalisti öldürüb

İŞİD 5 liviyalı jurnalisti öldürüb
# 27 aprel 2015 19:02 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları Liviya telekanalının (Libyan TV) 5 jurnalistini öldürüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi mənbələr bildirib.

Jurnalistlərin meyitləri Bayda şəhərinin yaxınlığında aşkar olunub.

Benqazi şəhərinə yollanan jurnalistlər ötən ilin avqust ayından etibarən itkin düşmüş hesab edilirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR