Bələdiyyə seçkilərində seçki komissiyalarının yekun protokollarının hazırlanma qaydası və sayı təsdiqlənib

Bələdiyyə seçkilərində seçki komissiyalarının yekun protokollarının hazırlanma qaydası və sayı təsdiqlənib
# 05 noyabr 2014 13:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, MSK katibi Arifə Muxtarova dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə məlumat verib. O bildirib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq artıq yekun protokolların nümunələrinin formaları müəyyən edilib. Karbonlaşdırılmış kağızdan buklet formasında bələdiyyə və məntəqə seçki komissiyalarının sayına uyğun olaraq yekun protokollar hazırlanıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.


MSK-nın iclasında bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələri də qeydə alınıb. Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR