Salyanda 9 yaşlı uşaq 3 yaşlı qardaşını ov tüfəngi ilə öldürüb

Salyanda 9 yaşlı uşaq 3 yaşlı qardaşını ov tüfəngi ilə öldürüb
# 07 iyun 2015 16:32 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda 9 yaşlı uşaq 3 yaşlı qardaşını güllələyib, nəticədə uşaq aldığı güllə yarasından ölüb.

Kənd sakinlərindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə rayonun Düzənlik kəndində Vüqar Məmmədovun ailəsində baş verib.

Bakı şəhərində yaşayan və əslən Salyan rayonunun Düzənlik kəndindən olan Vüqar Məmmədov həmin kəndə qaynatasının evinə qonaq gəlib.

Burda valideynlərinin gözündən yayınan 9 yaşlı Rəmzi Vüqar oğlu Məmmədov ov tüfəngi ilə oynamağa başlayıb və atəş açıb. Açılan atəş bir az aralıda olan 3 yaşlı qardaşı Telmanın ağız nahiyəsindən dəyib. Sonuncu aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR