"Petkim" "Akbank"dan götürdüyü kreditin müqabilində "Petlim"in ərazisini girov qoyub

"Petkim" "Akbank"dan götürdüyü kreditin müqabilində "Petlim"in ərazisini girov qoyub
# 01 iyul 2016 12:07 (UTC +04:00)

Bakı - APA-Economics. 2015-ci il ərzində SOCAR-ın törəmə müəssisəsi "Petkim"in 70%-lik paya sahib olduğu "Petlim Limancılık Ticaret A.Ş", konteyner limanı layihəsinin kənardan maliyyələşdirilməsi məqsədilə "Akbank T.A.Ş." ilə 212 mln. dollar (331 mln. manat) dəyərində kredit razılaşması imzalanıb.

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.

Sənəddə qeyd edilib ki, kreditin ödəmə müddəti 13 il təşkil edir.

Razılaşmada ilk 3 illik müddətdə ödənişlərin aparılmayacağı nəzərdə tutulur. "Petkim" kreditin qaytarılmasına zəmanət olaraq 105 mln. türk lirəsi (56 mln. manat) müqabilində "Petlim"də olan səhmlərini girov qoyub. Bundan əlavə, 20 noyabr 2015-ci il tarixində "Petlim", "Akbank T.A.Ş."-ın xeyrinə, özünün torpaq sahəsi üzrə 350 mln. dollar (368 mln. manat) məbləğində 1-ci dərəcəli girov verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR