İran yeni tanklarını ictimaiyyətə təqdim edib - FOTO

İran yeni tanklarını ictimaiyyətə təqdim edib - <span style="color: red;">FOTO
# 04 fevral 2013 11:02 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran yeni tanklar istehsal edib. APA-nın İSNA-ya istinadən məlumatına görə, “Zülfüqar” və “Səmsam” tankları “Şəfəqdə on gün”, yəni 1979-cu il İslam inqilabı mərasimləri çərçivəsində ictimaiyyətə təqdim olunub.

Tanklar fevralın 4-də İran Quru Qoşunlarının komandanı, general-mayor Əhmədrza Purdəstanın qatıldığı xüsusi mərasimdə nümayiş etdirilib. General tədbirdə çıxışı zamanı “Zülfüqar” tankını Rusiyanın “T-72 S” tankı ilə müqayisə edib və onunla rəqabət apara biləcək gücdə olduğunu bildirib: “Bu tank yerli mütəxəssislər tərəfindən dizayn və istehsal olunub. “Zülfüqar” hər yerdə, yəni təpədə, düz olmayan ərazilərdə atəş açmaq qabiliyyətinə malikdir, üzərinə yanğına nəzarət sistemi, xüsusilə M60 yanğına nəzarət sistemi yerləşdirilə bilir”.

İranlı komandan “Səmsam” (M60) tankının uzaqdan idarə olunan raketləri vurmaq qabiliyyətinə malik olduğunu deyib. Ə.Purdəstan həmçinin İranın bir il ərzində “Səbalan” (M47) tankını da ictimaiyyətə təqdim edəcəyini açıqlayıb.

Qeyd edək ki, İran bundan əvvəl prezident Mahmud Əhmədinejad və müdafiə naziri Əhməd Vahidinin iştirakı ilə yerli istehsal olan “Qaher-313” qırıcı təyyarəsini nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR