Rövnəq Abdullayev: “Azərbaycanın 10 milyard ton proqnozlaşdırılan karbohidrogen ehtiyatları var”

Rövnəq Abdullayev: “Azərbaycanın 10 milyard ton proqnozlaşdırılan karbohidrogen ehtiyatları var”
# 01 fevral 2013 15:37 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev Gənclər Günü münasibətilə gənc neftçilərlə görüşdə bildirib. Kadr hazırlığı sahəsində görülən işlərə toxunan Abdullayev qeyd edib ki, Azərbaycan gənclərinin xaricdə təhsil almasına dair dövlət proqramı çərçivəsində indiyədək ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Norveç, Kanada, Türkiyə, Avstriya, İsveç, Rusiya, Malta kimi ölkələrin ali məktəblərində 202 gəncin təhsil alması maliyyələşdirilib: “Onlardan 130-u təhsilini başa vuraraq hazırda ARDNŞ-də çalışır, 72 nəfərin təhsili isə davam edir. ARDNŞ-in təqaüdlərinin verilməsinə dair müsabiqələrdə 10 mindən artıq tələbə iştirak edib və 1258 tələbəyə təqaüd verilib”.

R. Abdullayev bildirib ki, 2005-ci ildən etibarən ARDNŞ-də çalışan gənclərin sayı 1,7 dəfə artıb. Hazırda şirkət əməkdaşlarının 45 faizini 35 yaşadək olan şəxslər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR