Parlament “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsini Müdafiə Nazirliyinin rəyi olmadan müzakirəyə çıxarır

Parlament “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsini Müdafiə Nazirliyinin rəyi olmadan müzakirəyə çıxarır
# 31 yanvar 2013 15:33 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, MN-in rəy vermədiyi qanun layihəsi artıq parlamentin Təhlükəsizlik və müdafiə komitəsi tərəfindən parlamentin yaz sessiyasının qanunvericilik işləri planının layihəsinə də salınıb.

Qeyd edək ki, “Hərbi qulluqçuların statusu haqqında” qanunda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil təminatı məsələsi əksini tapıb. Digər güzəştlərlə yanaşı, hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi də təkliflər arasındadır.

Layihə ötən ilin yaz sessiyasından hazırdır, rəy verilməsi üçün müvafiq qurumlara göndərilib. MN-dən başqa digər qurumlar layihə ilə bağlı rəy verib. Qanunvericiliyin verdiyi səlahiyyətlərə uyğun olaraq, Milli Məclis digər qurumların rəyinə əsaslanaraq, MN-in rəyi olmadan sənədi bu sessiyada müzakirəyə çıxaracaq.

Müdafiə Nazirliyindən layihəyə rəy verilməməsinin səbəblərini öyrənmək mümkün olmayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR