Moskva birjasında dollar və avro tarixi maksimumu yeniləyib

Moskva birjasında dollar və avro tarixi maksimumu yeniləyib
# 15 dekabr 2014 11:01 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskva birjasında dollar və avro rekord vurmaqda davam edir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün valyuta bazarında 1 avro 82 qəpik bahalaşaraq 73,10 rubla satılıb.

1 ABŞ dolları isə 52 qəpik bahalaşaraq 58,7 rubla bərabər olub.

Hər iki xarici valyuta yeni tarixi maksimum həddinə çatıblar.

Qeyd edək ki, dünya bazarında qara qızılın ucuzlaşması, Ukraynadakı böhran, Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar milli valyuta olan rublun dəyərini itirməsinə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR