Qarsda PKK-çılar 7 yük maşınını yandırıblar

Qarsda PKK-çılar 7 yük maşınını yandırıblar
# 22 iyul 2015 02:38 (UTC +04:00)

Bakı-APA. Qarsın Kağızman mahalında bir qrup PKK-çı yolu kəsərək 7 yük maşınını yandırıb.

APA-nın “Anadolu” agentliyinə istinadən məlumatına görə, insident Ərzurum-Qars-İqdır magistral yolunun Kağızman rayonundan keçən hissəsində baş verib.

Təxminən 30 PKK üzvü maşınları dayandırıb, şüarlar səsləndirib, sonra isə sürücüləri avtomobildən düşürərək nəqliyyat vasitələrinə od vurublar. Hadisə yerinə yanğınsöndürən briqadaları cəlb edilib.

Hazırda cinayətkarların tutulması istiqamətində geniş miqyaslı əməliyyat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR