Yunanıstanın baş naziri yeni təkliflərin müzakirəsinə razılıq verib

Yunanıstanın baş naziri yeni təkliflərin müzakirəsinə razılıq verib
# 06 iyul 2015 15:27 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. Yunanıstanın baş naziri Aleksis Tsiprasla Almaniya kansleri Angela Merkel arasında telefon söhbəti olub.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, A. Tsipras söhbəti zamanı bildirib ki, Afina sabah borc probleminin nizamlanması üzrə yeni təkliflərlə çıxış edəcək.

Afinanın təklifləri referendumdan sonra Yunanıstandakı vəziyyətə dair Brüsseldə keçiriləcək sammitdə müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR