Azərbaycana narkotik və psixotrop maddə keçirmək istəyən İran vətəndaşı saxlanılıb

Azərbaycana narkotik və psixotrop maddə keçirmək istəyən İran vətəndaşı saxlanılıb
# 18 avqust 2015 14:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada yolla Azərbaycana gələn İran vətəndaşı Akbari Meisam Feizollah oğlunun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics” verilən məlumata görə, şəxsi yoxlama nəticəsində onun üzərindən, ümumi xalis çəkisi 2,40 qram olan narkotik vasitə - həşiş qətranı, xalis çəkisi 0,641 qram olan narkotik vasitə - tiryək və xalis çəkisi 0,330 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR