Azərbaycanın xarici işlər naziri bu gün Münhen Təhlükəsizlik Konfransında çıxış edəcək

Azərbaycanın xarici işlər naziri bu gün Münhen Təhlükəsizlik Konfransında çıxış edəcək
# 02 fevral 2013 10:56 (UTC +04:00)

APA-nın məlumatına görə, nazir Bakı vaxtı ilə saat 18.00-da başlanacaq Cənub-şərq Avropada və Qafqazda təhlükəsizlik və stabillilik mövzusunda plenar iclasda çıxış edəcək.

İclasda həmçinin Xorvatiya prezidenti İvo Yosipoviç, Finlandiya eks-prezidenti Marti Ahtisaari, Makedoniya prezidenti Qeorqi İvanov, İtaliya XİN rəhbəri Culio Terzi di Sant Aqata, Gürcüstan XİN başçısı Maya Pancikidze, Qazaxıstan XİN başçısı Erlan İdrisovun da çıxışları nəzərdə tutulur.

Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransı öz işinə dünən start verib. Tədbir çərçivəsində fevralın 3-ə qədər avro məkanında böhran, enerji siyasəti kontekstində geosiyasət məsələləri, avroatlantik təhlükəsizlik, kiber təhlükəsizlik, İran məsələsi, Suriya və Malidə yaranmış vəziyyət müzakirə olunacaq. Konfransa bir neçə dövlət və hökumət başçısı, 50-dən çox ölkənin xarici işlər və müdafiə nazirləri, iri korporasiyaların rəhbərləri və digər rəsmi şəxslər qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR