TAP və TANAP layihələrinin tikintisinin başa çatacağı vaxt açıqlanıb

TAP və TANAP layihələrinin tikintisinin başa çatacağı vaxt açıqlanıb
# 21 noyabr 2014 07:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi 2020-ci ildə tamamlanacaq. Bu da imkan verəcək ki, Xəzər dənizindən hasil olunan Azərbaycan qazı Avropaya nəql olunsun.

APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan və Xəzər dənizi neft və qaz həstəsi” çərçivəsində keçirilən iclasın ikinci günündə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev bildirib.

Onun sözlərinə görə, Trans-Anadolu qaz kəməri (TANAP) isə 2018-ci ildə tam hazır olacaq ki, bu da Xəzər dənizindən çıxarılan qazı Türkiyəyə çatdırmağa kömək edəcək. O bildirib ki, “Cənub Qaz Dəhlizi” QSC bir sərmayə şirkətidir və ilkin olaraq Azərbaycan qazını daşımağı düşünürük. Amma bizim imkanlarımız genişdir. Gələcəkdə hansısa ölkə və şirkət müraciət edərsə, biz maraqlarımız çərçivəsində onlarla razılaşa bilərik”.

Layihənin ümumi həcmindən danışan Ə. İsayev qeyd edib ki, bu təxminən 45-50 mlrd. dollar təşkil edir: “Cənub Qaz Dəhlizi” QSC ilə ilkin qazın nəqli 23,4 mlrd. kubmetr olacaq. Biz bu rəqəmi sonradan boru kəməri tam gücü ilə işlədikdən sonra 33 mlrd. kubmetrə çatdırmaq niyyətindəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR