Ombudsman Elmira Süleymanova: “Bələdiyyə seçkilərində hər hansı pozuntu ilə bağlı bizə müraciət olunmayıb”

Ombudsman Elmira Süleymanova: “Bələdiyyə seçkilərində hər hansı pozuntu ilə bağlı bizə müraciət olunmayıb”
# 23 dekabr 2014 15:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. "İndiyə qədər bələdiyyə seçkilərində hər hansı pozuntu ilə bağlı bizə müraciət olunmayıb".


APA-nın məlumatına görə, bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova deyib.

E. Süleymanova şikayətlərin olacağını da istisna etməyib: “İndiyə qədər hansısa pozuntu hallarını müşahidə etməmişik, amma istisna etmirəm. Seçkilər bitəndən sonra belə şeylər olur. Keçən dəfə də müraciətlər olmuşdu, bunların heç biri diqqətdən kənarda qalmır. Bu müraciətlər həmin an Mərkəzi Seçki Komissiyasına göndərilir və Mərkəzi Seçki Komissiyasında lazımi tədbirlər görülür. Keçən bələdiyyə seçkiləri zamanı bir sıra seçki məntəqələrinin nəticələri ləğv olundu".


E. Süleymanova əlavə edib ki, cəzaçəkmə məntəqələrində Ombudsman aparatının nümayəndələri seçki prosesini müşahidə ediblər və hələlik hər hansı şikayət və ya narazılıq eşitməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR