Səfa Mirzəyev: “Milli Məclis Aparatı insan hüquqlarına zidd heç bir qanunu qəbul etməyəcək”

Səfa Mirzəyev: “Milli Məclis Aparatı insan hüquqlarına zidd heç bir qanunu qəbul etməyəcək”
# 16 iyun 2016 11:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “SSRİ-də əmək, sosial hüquqlar əksini tapmışdı, ancaq ümumilikdə insan hüquqları ritorikadan başqa bir şey deyildi”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin “18 İyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” ilə əlaqədar parlamentdə təşkil etdiyi dinləmələr zamanı Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

S. Mirzəyev insan hüquqlarının daim inkişaf edən sahə olduğunu vurğulayıb: “Hər yeni nəsil yeni problemlər gətirir. İnsan hüquqları ilə məşğul olan insanlar heç vaxt sakit dura bilməzlər və biz də bu problemləri həll etməliyik. Mən sevinirəm ki, Azərbaycanda çoxlu sayda QHT yaranıb və o QHT-lər insanlar üçün çalışır. Ölkə rəhbərliyi də insan hüquq və azadlıqları sahəsində problemlərin həllini diqqətdə saxlayır. Qeyd etmək istəyirəm ki, Milli Məclis Aparatı insan hüquqlarına zidd olan heç bir qanunu qəbul etməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR