Xaçmazda çörəkbişirmə sexinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib

Xaçmazda çörəkbişirmə sexinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib
# 20 noyabr 2014 11:44 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Standartlaşdırma Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin Xaçmaz ərazi idarəsinin əməkdaşları Xaçmaz rayonunda çörəkbişirmə sexlərindən birində reyd keçirib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin Bakı prospektində yerləşən və sahibkar Sərdar Bayramova məxsus müəssisədə aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Reyd zamanı sexdə strateji məhsul sayılan çörəyin xəmirinin yoğurulması, bişirilməsinə, eləcə də saxlanılması prosesinin antisanitar şəraitdə aparıldığı məlum olub. Həmçinin uyğunluq və gigiyenik sertifikatlarının, ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçmədən istifadə olunduğu aşkarlanıb.

Müəssisədə su filtrizasiyadan keçirilmədən birbaşa istehsalatda istifadə olunur. Bişirilən çörəyin saxlanılmasında və satış üçün daşınmasında normativ tələblər qorunmur. Aşkar edilən nöqsanların aradan qaldırılması üçün sahibkarlıq subyektinə xəbərdarlıq edilib.

Reydlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR