Lavrov və Çavuşoğlu Soçidə görüşə bilər

Lavrov və Çavuşoğlu Soçidə görüşə bilər
# 23 iyun 2016 12:39 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Soçidə görüşə bilər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya deyib. O bildirib ki, nazirlərin görüşü Qara Dəniz Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin toplantısında baş tuta bilər: “Biz Türkiyə və Ukrayna da daxil olmaqla, bütün nazirləri dəvət etmişik. Hələlik cavab yoxdur. Hesab edirəm ki, bu həftə, uzağı gələn həftənin əvvəlində toplantıda kimlərin iştirak edəcəyi məlum olacaq”.

Nazir müavini qeyd edib ki, Qara Dəniz Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin toplantısının formatı ikitərəfli görüşləri nəzərdə tutmur: “Bu, çoxtərəfli meydançadır. Lakin nazir Sergey Lavrov hər zaman öz həmkarları ilə danışıb, görüşməyə hazırdır. Güman edirəm ki, türkiyəli nazir toplantıda iştirak etsə, bizim nazirimizlə danışmaq istəyəcək. Belə imkan olacaq və biz heç kəsdən qaçmırıq, gizlənmirik, hər kəslə danışırıq, hər bir danışıqlar üçün hər kəsə açığıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR