Sabah bir neçə rayonun qaz təchizatı məhdudlaşdırılacaq

Sabah bir neçə rayonun qaz təchizatı məhdudlaşdırılacaq
# 03 mart 2015 14:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Azərbaycanın bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, cari təmir işləri üzrə əvvəlcədən müəyyən olunmuş plana əsasən, martın 4-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zığ'' və ''Böyükşor'' magistral qaz kəmərləri üzərində yerləşən bəzi ölçü qovşaqlarında, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Atbulaq” və “Ələt”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Qovlar” və “Alakol”, eləcə də Astara Magistral qaz kəmərləri sahəsinin “Alvadı'' Qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Qızılburun və Atbulaq, Qaradağ rayonunun Ələt qəsəbəsi və Şıxlar bağları, Tovuz rayonunun Alakol, İbrahim-Hacılı, Düzqırıxlı, Əyyublu, Köhnə Qala, Məşədilər, Yanıxlı, Yanıxlı Məşədilər, Dönük qırxılı, Qovlar, Aşağı quşçu, Yanıx Paya və Aşıqlılar, Masallı rayonun Köhnə Alvadı, Təzə Alvadı, Şərəfə, Çaxırlı, Malbaşı, Böyük Xocavar, Binə Xocavar və Təklə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Sabunçu rayonunun, həmçinin Suraxanı rayonunun Günəşli qəsəbəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR