Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda son 9-10 il ərzində 2 300 MVt gücündə yeni elektrik stansiyaları işə salınıb.
Bunu “APA-Economics”ə Azərbaycanın Sənaye və Energetika Nazirliyinin energetika şöbəsinin müdir müavini Asəf Rzayev bildirib.
Onun sözlərinə görə, ölkədə ümumi generasiya gücü 7 100 MVt olan stansiyalar var ki, onların 14-ü istilik, 11-i isə su elektrik stansiyalarıdır: “Generasiya gücü son 10 ildə 40% artıb. Hazırda ölkədə ehtiyac gücü 2 000 meqavat təşkil edir. İndi ölkənin 6 mlrd. kVt/ saat elektrik enerjisi ixrac potensialı var. 2020-ci ilə kimi isə 2 400 MVt əlavə güclərin istismara buraxılması nəzərdə tutulub”.