AMEA Fizika İnstitutunda Nobel mükafatçıları ilə görüş keçirilib

AMEA Fizika İnstitutunda Nobel mükafatçıları ilə görüş keçirilib
# 01 oktyabr 2014 14:10 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları - Nobel mükafatçıları Robert Laflin, Corc Smut və başqaları qonaq olublar.

APA-nın məlumatına görə, Nobel mükafatçıları elmi müəssisənin direktoru AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüblər.

Görüşdə məqsəd Fizika İnstitutunun elmi fəaliyyəti ilə yaxından tanış olmaq olub. Daha sonra direktor N.Məmmədov qonaqları elmi müəssisənin əməkdaşlarının Azərbaycan prezidenti yanında Elmin İnkişaf Fonduna təqdim etdikləri layihə çərçivəsində alınmış cihazlarla, həmçinin alimlərin elmi fəaliyyətləri ilə tanış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR