AXCP sədrinin müavini: “Birləşmiş Hüquq Müdafiə Mərkəzi kimi birliklərin arxasında nəyin gizləndiyi bilinmir”

AXCP sədrinin müavini: “Birləşmiş Hüquq Müdafiə Mərkəzi kimi birliklərin arxasında nəyin gizləndiyi bilinmir”
# 18 avqust 2014 08:42 (UTC +04:00)

AXCP sədrinin müavini Razi Nurullayev APA-ya açıqlamasında bildirib ki, buna səbəb partiyanın bu birlikdə baş verə biləcək intriqalardan uzaq olmasıdır: “Ümumiyyətlə, siyasi partiyalar istənilən mövzu ətrafında bir araya gəlir, lakin sonradan dağılır. Bir-birini günahlandırmağa başlayırlar və həmişə də AXCP hədəfə alınır. Bu baxımdan partiya bu tip birliklərdən və gözlənilən intriqalardan uzaq olmağa çalışır. Bu birliklərin arxasında nəyin gizləndiyi bilinmir. Ancaq AXCP Milli Şura ilə birlikdə məhbusları müdafiə edir və hər zaman onların yanındadır”.

Qeyd edək ki, mərkəz Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü ilə təsis edilib.

Mərkəzin sədri KXCP sədri Mirmahmud Mirəlioğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR