Azərbaycan Beynəlxalq Bankı məhkəməyə verilib

 Azərbaycan Beynəlxalq Bankı məhkəməyə verilib
# 11 iyun 2016 10:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Xırdalan Xəz” ASC-nin Azərbaycan Beynəlxalq Bankına qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, məhkəmədə tərəflər dinlənib. Prosesin növbəti iclası iyunun 28-nə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl bank ASC-dən 18 min dollar dəbbə pulunun tutulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. “Xırdalan Xəz” ASC isə öz növbəsində banka ödənilmiş 28 min dolların geri qaytarılması barədə iddia qaldırıb.

Məhkəmə iddiaların heç birini təmin etməyib. Bundan sonra “Xırdalan Xəz” ASC apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR