Bakıda 14, bəzi rayonlarda 19 dərəcə isti gözlənilir - VİDEO

Bakıda 14, bəzi rayonlarda 19 dərəcə isti gözlənilir - <span style="color: red;">VİDEO
# 04 aprel 2015 09:46 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 9-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 5-də gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə güclənəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 14-19, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR