Lvovda azərbaycanlıların Ukraynanın siyasi həyatında iştirakı ilə bağlı konfrans keçirilib - FOTO

Lvovda azərbaycanlıların Ukraynanın siyasi həyatında iştirakı ilə bağlı konfrans keçirilib - <span style="color: red;">FOTO
# 17 mart 2015 17:55 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Lvovda Ukrayna Milliyyətlər Asambleyası ölkədəki azərbaycanlı konqresləri ilə birgə "Ukraynanın Azərbaycan ictimaiyyətinin Ukrayna siyasi millətinin formalaşmasında rolu" adlı konfrans keçirib. Assambleyadan APA-ya verilən məlumata görə, konfransda Ukraynanın tanınmış ictimai xadimləri, politoloqlar, ali məktəblərin müəllimləri, deputatlar, əməkdar mədəniyyət və səhiyyə xadimləri və həmçinin Ukrayna azərbaycanlıları Konqressinin vilayət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Çıxış edən Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxış edərək Ukrayna dövlət quruluşunun formalaşmasında ölkədə yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin, həmçinin etnik azərbaycanlıların iştirakının zəruri olduğunu bildirib.

Lvov şəhərinin meri, Ukraynanın tanınmış siaysətçisi Andrey Sadovoy isə bildirib ki, Lvov çoxmillətli şəhərdir və belə bir bölgənin idarə olunmasında etnik xalqların, xüsusilə azərbaycanlıların rolu onlar üçün əhəmiyyətlidir. O bu təşəbübs üçün öz təşəkkürünü bildirib və bunu Ukraynanın möhkəmlənməsində vacib amil kimi qeyd edib. Daha sonra konfransda etnik xalqların ölkə siyasi həyatında rolu ilə bağlı müxtəlif təkliflər, proqramlar müzakirə olunub. Təkliflərin gələcəkdə hökumətə təqdim olunması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR