Böyük Vətən Müharibəsi ilə bağlı hissə Ukraynanın tarix kitablarından çıxarıla bilər

Böyük Vətən Müharibəsi ilə bağlı hissə Ukraynanın tarix kitablarından çıxarıla bilər
# 25 noyabr 2014 11:48 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Böyük Vətən Müharibəsi ilə bağlı hissə Ukraynanın tarix kitablarından çıxarılacaq.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Milli Yaddaş İnstitutunun direktoru Vladimir Viyatoviç deyib.

“Sovet propaqandası və ilk növbədə Böyük Vətən Müharibəsi ilə bağlı miflər tədris materiallarından və dərsliklərindən çıxarılmalıdır. Bizim üçün İkinci Dünya Müharibəsi 1 sentyabr 1939-cu ildə başlayıb və bizim bu müharibənin zamanını, dəhşətli nəticələrini azaltmaq hüququmuz yoxdur” - deyə o vurğulayıb.

Ukraynanın Təhsil Nazirliyi hələ ki məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, sabiq prezident Viktor Yuşşenkonun dövründə Böyük Vətən Müharibəsi ilə bağlı bölmə tarix kitablarından çıxarılsa da , sonrakı prezident Viktor Yanukoviçin dövründə yenidən dərsliklərə qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR