Koalisiya qüvvələri Yəmən Müdafiə Nazirliyinin binasına hava zərbəsi endirib - YENİLƏNİB - VİDEO

Koalisiya qüvvələri Yəmən Müdafiə Nazirliyinin binasına hava zərbəsi endirib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 09 aprel 2015 20:58 (UTC +04:00)

APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, bu barədə agentliyə insidentin şahidləri məlumat verib.

Məlumata görə, üç partlayış baş verib, binanın üzərindən qara tüstünün qalxdığı bildirilir.

Əl Cəzirə telekanalının məlumatına görə, zərbələr həmçinin Əl Cündə şəhərindəki ordu kazarmalarına və Səmaa şəhərindəki havadan müdafiə qüvvələrinin bazasına da endirilib.

Hücum zamanı güclü partlayışların baş verdiyi qeyd olunur. Məlumata görə, hava hücumu zamanı bir neçə silah-sursat anbarı məhv edilib.

Sutka ərzində, ümumilikdə, Yəmən 40 hava hücumuna məruz qalıb.

Əl Mayəddin telekanalının məlumatına görə, dinc sakinlər arasında ölən və yaralananlar var. Belə ki, Əmran şəhərində yerləşən sement zavoduna endirilən zərbə nəticəsində 10 dinc sakin ölüb, 15 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR