Dmitri Roqozin: “Rusiya-Azərbaycan münasibətləri yüksəliş dövrünü yaşayır”

Dmitri Roqozin: “Rusiya-Azərbaycan münasibətləri yüksəliş dövrünü yaşayır”
# 11 aprel 2015 08:10 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Rusiya-Azərbaycanın münasibətləri hazırda yüksəliş dövrünü yaşayır. Bu, Qərb tərəfindən sanksiya rejiminə məruz qalan Rusiya üçün xüsusilə önəmlidir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu “Bakı-2015” I Avropa Oyunlarının Moskvada keçirilən təqdimatında Rusiya baş nazirinin müavini Dmitir Rozoqin deyib. O, Azərbaycan rəhbərliyi ilə çox yaxşı əlaqələrə malik olduqlarını söyləyib: “Azərbaycan istehsalçıları sanksiyalar başladıqdan sonra Rusiyaya fəal şəkildə meyvə-tərəvəz göndərir. Sənaye sahəsində əlaqələr də yaxşıdır. Azərbaycanda Rusiya istehsalı olan helikopterlər üçün xidmət mərkəzinin yaradılması nəzərdən keçirilir. Xəzər regionunun inkişafı naminə gəmiqayırma sahəsində kooperasiya ideyası da var. Ümumən deyə bilərəm ki, iki ölkə arasında qarşılıqlı anlayış, etimad var və beynəlxalq siyasətin bir çox məsələləri üzrə mövqelər üst-üstə düşür”.

D. Roqozin Azərbaycanın özünü etibarlı və ciddi müttəfiq kimi göstərdiyini söyləyib: “Ona görə də mən məmnuniyyətlə Azərbaycanla təmas qururam, sosial-iqtisadi və elmi-texniki əməkdaşlığa dair Rusiya-Azərbaycan komissiyasının həmsədriyəm. Əliyevlər kimi məşhur və gözə ailə ilə çoxdan dostluq edirəm və əlbəttə, bu gün burada olmaya bilməzdim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR